Tramp İsrailin İrana hücumlarından xəbərdar olduğunu bəyan edib Dünya

Tramp İsrailin İrana hücumlarından xəbərdar olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hava zərbələri ilə bağlı əvvəlcədən məlumatlandırıldığını, lakin ABŞ-ın heç bir hərbi rolu olmadığını deyib.

Bu barədə Tramp "Fox News"a müsahibəsində deyib.

Tramp bəzi yüksək səviyyəli İran liderlərinin öldürüldüyünə də eyham vurub: “İran liderlərindən bəziləri geri qayıtmayacaq”.

“Mən bunu İsrailin İrana hücumundan əvvəl bilirdim. İran nüvə bombası əldə edə bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Nə olacağını görəcəyik”, - ABŞ Prezidenti əlavə edib.