İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 İyul 2025 09:13
2 233
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi xarici yardımlarla bağlı apardığı araşdırma nəticəsində, əvvəllər Ukraynaya göndəriləcəyi bildirilən bəzi hərbi sursatların artıq göndərilməyəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Ağ Evin sözçü müavini Anna Kelli verdiyi açıqlamada, Pentaqonun hərbi xarici yardımlarla bağlı araşdırma apardığını bildirib.
Kelli bu çərçivədə, keçmiş prezident Co Bayden dövründə Ukraynaya göndəriləcəyi nəzərdə tutulan bəzi hərbi sursatların, “ABŞ-ın maraqlarına öncülük vermək məqsədilə” göndərilməməsi qərarının verildiyini qeyd edib.
O əlavə edib: “ABŞ Silahlı Qüvvələrinin gücü sual altında deyil. Bunun cavabını İrandan soruşun.”
Adı açıqlanmayan ABŞ rəsmiləri isə bildiriblər ki, Pentaqonun araşdırması nəticəsində bəzi sursatların anbar ehtiyatlarının azalması səbəbindən onların göndərilməsinin dayandırılması qərara alınıb.
Məryəm Quliyeva