Yaponiyada 5.6 bal gücündə zəlzələ Dünya

Yaponiyada 5.6 bal gücündə zəlzələ

Ryukyu adalarında 5.6 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Yaponiyada bu gün səhər saatlarında yerli vaxtla 09:26-da güclü zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC) verdiyi məlumata görə, zəlzələnin episentri Ryukyu adalarında yerləşib və yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6 bal təşkil edib. Hadisə ilə bağlı hələlik dağıntı və ya tələfat barədə məlumat verilməyib. Yerli səlahiyyətli orqanlar vəziyyəti nəzarətdə saxlayır, əhaliyə ehtiyatlı olmaları tövsiyə edilir.

Məryəm Quliyeva