
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
İran Prezidenti Məsud Pezeşkiyan, İran parlamenti (Meclis) tərəfindən qəbul edilən və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) ilə əməkdaşlığını tamamilə dayandırmasını nəzərdə tutan qanunu imzalayaraq qüvvəyə mindirib.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, bu qərar İsrail və ABŞ-ın son hücumlarına və UAEA-nın bu hücumlara reaksiya verməyərək onları qınamamasına cavab olaraq qəbul edilib. Qanun 25 iyun tarixində parlamentdə səsverməyə çıxarılıb və 221 deputatın lehinə, əleyhinə isə heç bir səs olmadan qəbul olunub. Qanunun son maddələri də oxşar şəkildə böyük səs çoxluğu ilə təsdiq edilib.
Qanuna əsasən, İran hökuməti UAEA nümayəndələrinin ölkəyə girişini qadağan etməli və bütün nəzarət fəaliyyətlərini dayandırmalıdır. Qanun, 26 iyun tarixində İran Konstitusiyasını Mühafizə Şurası tərəfindən də təsdiqlənib və bu səbəbdən hökumət onu icra etmək məcburiyyətində qalıb.
Yeni qanuna əsasən:
UAEA-nın heç bir nümayəndəsi artıq İrana daxil ola bilməyəcək.
Agentliyə İranın nüvə fəaliyyəti ilə bağlı heç bir hesabat təqdim olunmayacaq.
UAEA-nın baş direktoru Rafael Grossi ilə əməkdaşlıq da qadağan edilir. İran rəsmiləri onu "casus" adlandırıblar.
Qanun, 1969-cu il Vyana Konvensiyasının 60-cı maddəsinə əsaslanaraq iki əsas şərt yerinə yetirilənədək qüvvədə qalacaq:
Təhlükəsizlik təminatı – İranın suverenliyi, ərazi bütövlüyü, nüvə obyektləri və elmi kadrlarının təhlükəsizliyi beynəlxalq zəmanət altına alınmalıdır.
Hüquq təminatı – İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin (NPT) 4-cü maddəsi çərçivəsində sülhməramlı nüvə enerjisindən istifadə hüququna tam hörmət göstərilməlidir.
Bu iki şərtin yerinə yetirildiyini yalnız İran Atom Enerjisi Təşkilatının hesabatı və İran Milli Təhlükəsizlik Ali Şurasının təsdiqi ilə rəsmiləşdirmək mümkün olacaq. Hökumət hər üç aydan bir parlamentə və şuraya bu proseslə bağlı hesabat təqdim etməyə borcludur.
Məryəm Quliyeva