
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
İsrailin xarici işlər naziri Gideon Saar İrana qarşı “snapback” mexanizminin tətbiq olunmasına çağırıb.
APA xəbər verir ki, nazir bununla bağlı özünün “X” hesabında bildirib.
“Snapback mexanizmini aktivləşdirməyin vaxtı çatıb. Mən Avropa üçlüyünü İrana qarşı bütün sanksiyaları yenidən tətbiq etməyə çağırıram. İran elə indicə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verdi. Bu bütün beynəlxalq öhdəliklərin inkar edilməsidir. Beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atmalı və İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”, - nazir qeyd edib.
Qeyd edək ki, “Snapback” mexanizmi və ya sanksiyaların avtomatik qaytarılması BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiqləyən 2231 saylı Qətnaməsində təsbit edilib. Bu, sazişdə iştirak edən hər hansı dövlətə, onların fikrincə, sazişin şərtlərini pozduğu təqdirdə İrana qarşı beynəlxalq sanksiyaları geri qaytarmağa imkan verir.