
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Almaniya və Böyük Britaniya qarşılıqlı dəstək müddəasını da əhatə edən müdafiə sazişi imzalayacaq.
APA “Politico” nəşrinə istinadən xəbər verir ki, sazişdə əksini tapacaq əsas bəndlərdən biri ondan ibarətdir ki, hər iki ölkədən birinə qarşı strateji təhdid digərinə qarşı da təhdid hesab ediləcək.
Məlumata görə, bu razılaşma üzərində iş yekunlaşmaq üzrədir və sənədin iyulun 17-də imzalanması planlaşdırılır.
Xatırladaq ki, ötən ilin avqustunda Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniyanın sabiq kansleri Olaf Şoltz ticarət və təhlükəsizlik daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair birgə bəyanat veriblər.
Hər iki ölkə NATO üzvü olsa da, yeni müdafiə sazişi Avropa ölkələrinin – xüsusilə kansler Fridrix Mersin rəhbərliyi altında Almaniyanın – ABŞ-dan daha az asılı olmaqla, bir-biri ilə daha sıx əməkdaşlığa üstünlük verdiyini göstərir.
Almaniya Müdafiə Nazirliyi və Kansler Aparatı məsələ ilə bağlı hələlik şərh verməyib.