
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Avstraliyada təsirli olan şiddətli yağış və güclü küləklər səbəbilə çox sayda uçuş ləğv edilib, 35 min ev və iş yeri elektrik enerjisiz qalıb.
Xalqcebhesi.az ABC News-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatının mərkəz və cənub bölgələrində baş verən güclü yağış və küləklər gündəlik həyatda ciddi çətinliklər yaradıb.
Yağışlar səbəbilə Sidney Hava Limanında çoxlu sayda uçuş ləğv olunub, ştat üzrə 35 min ev və iş yerinə elektrik enerjisinin verilişi dayanıb.
Yeni Cənubi Uels rəsmiləri, fırtına və leysan yağışların səbəb ola biləcəyi sel təhlükəsinə qarşı əhalini təcili tədbir görməyə çağırıb.
Məryəm Quliyeva