Yunanıstanda həbsxanada yanğın: 4 nəfər zəhərləndi Dünya

Yunanıstanda həbsxanada yanğın: 4 nəfər zəhərləndi

Yunanıstanın Volos şəhərində yerləşən həbsxanada məhkumlar arasında baş verən qarşıdurmadan sonra başlanan yanğın nəticəsində, üç nəzarətçi və bir məhkum tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Volosun Xiliadu bölgəsindəki həbsxanada axşam saatlarında məhkumlar arasında başlayan dava qısa müddətdə böyüyüb. Qarşıdurma zamanı bir kamerada döşəklərin yandırılması nəticəsində həddindən artıq tüstü əmələ gəlib.

Tüstüdən təsirlənən bir çox məhkumun nəfəs almaqda çətinlik çəkdiyi, bəzilərinin kömək üçün səsləndiyi bildirilib.

Həyati təhlükəsi olmayan dörd nəfər Volos Dövlət Xəstəxanasına yerləşdirilib. Yanğına 13 nəfərlik heyət və 4 yanğınsöndürən avtomobil müdaxilə edib.

Məryəm Quliyeva