ABŞ Konqresində B-2 bombardmançılarının İsrailə verilməsi təklif olunub Dünya

ABŞ Konqresində B-2 bombardmançılarının İsrailə verilməsi təklif olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri İranın nüvə silahı hazırlamağa cəhd edəcəyi təqdirdə, İsrailə B-2 Spirit strateji bombardmançı təyyarələrinin və GBU-57 tipli bunker əleyhinə bombaların verilməsini təklif ediblər.

APA xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, təklif demokrat konqresmen Coş Gotthaymer və respublikaçı Mayk Louler tərəfindən irəli sürülüb.

Onların təqdim etdiyi qanun layihəsi ABŞ Prezidenti Donald Trampa, İranın nüvə silahı hazırlamağa cəhd edəcəyi halda, İsrailin bu ssenariyə hazır olmasını təmin etmək üçün müvafiq addımlar atmaq səlahiyyəti verir.