İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 İyul 2025 09:04
1 995
Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.
APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.
İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.