“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
3 İyul 2025 20:46
2 506
Ermənistan parlamenti səs çoxluğu ilə ölkədə hakimiyyətin zorakılıqla dəyişdirilməsi cəhdlərini pisləyən bəyanat qəbul edib.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd 57 səslə dəstəklənib. İclasda müxalifətin “Hayastan” və "Şərəfim var" fraksiyaları iştirak etməyib. Bitərəf və əleyhinə səs verən olmayıb.
Bəyanatda hakimiyyətin zorakılıqla ələ keçirilməsinə hazırlıq sayılan hərəkətlərdən narahatlıq ifadə edilir. Erməni Apostol Kilsəsinin siyasi proseslərə cəlb edilməsinin yolverilməzliyi vurğulanır və bütün siyasi qüvvələr bu cür hərəkətləri pisləməyə çağırılır. Bundan əlavə, mətndə radikal təzahürləri dəstəkləməkdə və belə bəyanatlara görə siyasi məsuliyyətdə ittiham olunan bir sıra ölkənin keçmiş liderləri tənqid olunur.
Xatırladaq ki, iyunun 25-də bir sıra axtarışlar və həbslərdən sonra “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan, həmçinin onun bir sıra tərəfdarları həbs edilib. Ermənistanın İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib. Müttəhimlər terror aktları, kütləvi iğtişaşlar hazırlamaqda və hökuməti dəyişməyə cəhddə ittiham olunurlar.
Baş nazir Nikol Paşinyan vəziyyəti şərh edərkən bildirib ki, hüquq-mühafizə orqanları hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-klerikal” planı həyata keçirmək cəhdinin qarşısını alıb.