Geyilə bilən günəş panelləri təqdim edildi Dünya

Geyilə bilən günəş panelləri təqdim edildi

Osakada keçiriləcək Expo 2025 Dünya Sərgisi çərçivəsində təqdim olunan ultra nazik və elastik günəş panelləri, geyilə bilən texnologiyaya çevrilərək günəş enerjisi ilə işləyən sərinləşdirici jiletlərə inteqrasiya olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu yenilikçi jiletlər, sərginin tikinti və hazırlıq işlərində çalışan işçilərə isti hava şəraitində sərinlik təmin etmək məqsədilə hazırlanıb.

Geyilə bilən günəş texnologiyası

Yeleklərin üzərinə yerləşdirilən günəş panelləri yalnız 4 qram ağırlığındadır.

Bu panellər, boyun hissəsində yerləşdirilən ventilyatorlara enerji ötürür.

Layihə, Toyota Group şirkətlərindən Toyoda Gosei, Enecoat Technologies (günəş paneli startapı) və Seiren (tekstil istehsalçısı) əməkdaşlığı ilə hazırlanıb.

Fərqli texnologiya: Perovskit kristalları

Ənənəvi silikon əsaslı panellərdən fərqli olaraq, bu panellər perovskit kristalları ilə istehsal olunur.

Nəticədə, panellər çox daha yüngül, çevik və aşağı işıq şərtlərində belə enerji istehsal edə bilir.

Hətta buludlu və kölgəli havada da işlək qalırlar.

Laboratoriyada bu panellərin səmərəliliyi 21,2% olaraq ölçülüb. Expo 2025 ərazisində real şəraitdə sınaqdan keçirilir və gündəlik performans göstəriciləri toplanır.

Məryəm Quliyeva