

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Ukrayna ordusunun Rusiyanın Kursk şəhərində bir çimərlikə etdiyi hücumda 3 nəfər həlak olub, 7 nəfər yaralanıb, onlardan biri uşaqdır.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Kursk bölgəsinə hücum həyata keçirib. Kursk Bölgəsi Valisinin müavini Aleksandr Xinşteynin açıqlamasına görə, “Gorodskoy” çimərliyinə pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum nəticəsində bir rus əsgəri də daxil olmaqla 3 nəfər həyatını itirib, biri uşaq olmaqla 7 nəfər yaralanıb. Xinşteyn bildirib: “İnsanlar PUA hücumu barədə məlumatlandırıldıqdan sonra hamısı birlikdə çimərliyə gəlmişdi. Əsgər ikinci partlayış baş verəndə insanları təxliyə etməyə başlamışdı. Təəssüf ki, o, sağ qala bilmədi.”
Xinşteyn hücumun bölgədə ailələrin sıx olduğu ərazidə qəsdən həyata keçirildiyini qeyd edib. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə hava hücumundan müdafiə qüvvələrinin gecə boyu ümumilikdə 9 bölgədə, o cümlədən 23 PUA-nın Kursk bölgəsində olmaqla, Ukraynaya aid 86 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
Məryəm Quliyeva