MAQATE: Almaniya bir neçə ay ərzində nüvə silahı hazırlaya bilər Dünya

MAQATE: Almaniya bir neçə ay ərzində nüvə silahı hazırlaya bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi verdiyi müsahibədə bildirib ki, Almaniya cəmi bir neçə ay ərzində öz nüvə silahını hazırlaya bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Polşanın Rzeczpospolita qəzetinə verdiyi açıqlamada deyib.

"Çox az vaxt tələb oluna bilər. Ola bilsin ki, bu məsələ aylarla ölçüləcək," – deyə Qrossi Almaniyanın nə qədər müddətdə nüvə silahı hazırlaya biləcəyinə dair suala cavab verərkən bildirib.

Qrossi əlavə edib ki, Avropa ölkələri ortaq mövqeyə gəliblər: nüvə silahının bütün ölkələrə yayılması fəlakətli nəticələrə səbəb ola bilər.

Məryəm Quliyeva