

11 İyul 16:12
11 İyul 13:56
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi 18 raket və təxminən 400 pilotsuz uçuş aparatı (PUA) ilə təşkil olunan hücum nəticəsində 2 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığı bildirilib. ABŞ rəsmiləri isə Ukraynaya silah tədarükünün başladığını elan ediblər.
Xalqcebhesi.az xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı hücumları davam edir. Müharibənin əvvəlindən bəri ən şiddətli hücumunu 2 gün əvvəl həyata keçirən Rusiya, bu gecə yenidən paytaxt Kiyevi hədəf alıb. Kiyev meri Vitali Kliçko hücum zamanı 2 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirib və əlavə edib: “Evlər, avtomobillər, anbarlar, ofislər və şəhərdəki bir çox bina zərər görüb, yanğınlar baş verib. Bir səhiyyə klinikası tamamilə dağılıb.”
Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlamasında bildirib: “Gecə başlayan və 10 saat davam edən hücumda ballistik raketlər də daxil olmaqla 18 raket və 200-ü İran istehsalı olan ‘Shahed’ olmaqla təxminən 400 PUA istifadə olunub. Bu, Rusiyanın terroru daha da alovlandırmasının açıq sübutudur.”
Məryəm Quliyeva