

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ Prezidenti Donald Tramp, 1 avqustdan etibarən Kanadadan gətirilən məhsullara sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp bu açıqlamanı Truth sosial media hesabında, Kanadaya yönəlik tarif qərarını əks etdirən məktubu paylaşaraq verib.
Məktubda Tramp, bu qərarın Kanadanın ABŞ-a qarşı atdığı addımlara cavab olduğunu, lakin buna baxmayaraq iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyinə dair bir göstərici kimi qiymətləndirildiyini bildirib. O, bu rüsumun fentanil böhranı ilə mübarizə çərçivəsində tətbiq edildiyini xatırladıb.
Kanadanın bu addıma qarşılıq olaraq əməkdaşlıq etmək əvəzinə, cavab tədbirləri gördüyünü bildirən Tramp deyib:
“1 avqustdan etibarən, Kanadadan ABŞ-a idxal edilən məhsullara, bütün sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq edəcəyik.”
Tramp əlavə edib ki, yüksək tariflərdən yayınmaq üçün başqa ölkələr üzərindən daşınan mallar daha da yüksək rüsumlarla üzləşəcək.
Əgər Kanada şirkətləri ABŞ-da istehsal fəaliyyətinə başlasa, onlara heç bir gömrük rüsumu tətbiq olunmayacağını vurğulayan Tramp, bu məqsədlə icazə və təsdiq proseslərinin də sürətləndiriləcəyini bildirib.
Tramp əlavə edib:
“Əgər siz hər hansı səbəbdən gömrük rüsumlarınızı artırmağa qərar versəniz, seçdiyiniz artım faizi nə olursa olsun, bizim tətbiq etdiyimiz 35 faizlik tarifə əlavə olunacaq.”
Fentanil axınının Kanada ilə yaşanan yeganə problem olmadığını qeyd edən Tramp, bu ölkənin ABŞ-a qarşı dözülməz ticarət balanssızlığına səbəb olan bir sıra tarif və tarifdənkənar ticarət maneələri tətbiq etdiyini deyib.
Tramp sonda belə deyib:
“Ticarət kəsiri həm iqtisadiyyatımız, həm də milli təhlükəsizliyimiz üçün böyük təhlükədir. Əgər Kanada fentanil axınının qarşısını almaq üçün mənimlə əməkdaşlıq etsə, bu məktubda düzəliş etməyi düşünə bilərik. Bu tariflər, ölkənizlə olan münasibətlərimizə əsasən yuxarı və ya aşağı istiqamətdə dəyişdirilə bilər.”
Məryəm Quliyeva