İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 İyul 2025 09:34
2 296
ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisara düşərək öz işini itirib.
APA xəbər verir ki, bir gün əvvəl ABŞ dövlət katibinin müavini Maykl Riqas işçilərə elektron məktub göndərərək ixtisarları elan edib.
İşçilərin ixtisarı ABŞ dövlət katibi Marko Rubionun may ayında elan etdiyi struktur dəyişikliyi planının bir hissəsi hesab olunur.
Belə ki, Rubio qurumu şişmiş və bürokratiya ilə sıxışdırılmış kimi təsvir edib.
ABŞ dövlət katibi bəyan edib ki, dəyişikliklər departamenti Amerikanın əsas dəyərlərinə daha çox uyğunlaşdıracaq.
Departamentin ABŞ mediasına sızan yazışmalarına görə, ixtisarlar ümumilikdə 1353 nəfəri əhatə edir, onlardan 1107-si dövlət qulluqçusu, 246-sı isə diplomatdır.