Araqçi: “Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək Dünya

Araqçi: “Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək

“Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

“Əgər belə bir şey baş versə, bu İran və Avropa üçlüyü arasında əlaqələrin ən qaranlıq dövrü ola bilər. Böyük ehtimalla dəyən ziyan o qədər böyük olacaq ki, əlaqələrimizi bərpa edə bilməyəcəyik. Amerikanın hərbi təcavüzü kimi, “snapback” mexanizmi diplomatiya və danışıqlar yolunu daha da mürəkkəbləşdirəcək”- İran XİN rəhbəri xəbərdarlıq edib.

Qeyd edək ki’ “snapback” mexanizmi 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına əsasən, İranın öhdəliklərinə əməl etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların yenidən qüvvəyə minməsini nəzərdə tutur.