İran XİN: ABŞ ilə görüş üçün zaman və məkan təyin olunmayıb Dünya

İran XİN: ABŞ ilə görüş üçün zaman və məkan təyin olunmayıb

“Danışıqların səmərəli olacağı ilə bağlı qarantiya olmasa, ABŞ ilə dialoqa başlamaq məntiqsiz olar”.

Bunu İran XİN sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkof arasında görüş üçün hələlik heçbir tarix və məkan təyin olunmayıb.

Bəqayi Avropa üçlüyünün İrana qarşı “snapback” mexanizmini işə salacağı təqdirdə, rəsmi Tehranın buna cavab verəcəyini də bəyan edib.

Qeyd edək ki, “snapback” mexanizmi 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən, İranın öz öhdəliklərinə əməl etmədiyi halda Avropa üçlüyünün (Britaniya, Almaniya və Fransa) Tehrana qarşı sanskiyalar tətbiq etməsinə imkan verən mexanizmdir.