

Aralıq dənizində baş verən zəlzələ Andalusiya və Mursiya sakinləri tərəfindən hiss olunub.
Xalqcebhesi.az xəbər verir ki, İspaniyanın Milli Coğrafiya İnstitutunun rəsmi saytında verilən məlumata görə, 5,5 bal gücündə zəlzələ ölkənin cənub-şərqində, Aralıq dənizində yerləşən Palos burnu yaxınlığında qeydə alınıb. Seysmik ocağın dərinliyi təxminən 2 kilometr olub.
Zəlzələ yerli vaxtla saat 07:13-də baş verib.
İspaniya mediasının məlumatına görə, yeraltı təkanlar Mursiya və Andalusiya muxtar bölgələrinin bir sıra yaşayış məntəqələrində hiss olunub. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Vəziyyət yerli hakimiyyət və mülki müdafiə xidmətlərinin nəzarəti altındadır.
Məryəm Quliyeva