ABŞ-da qocalar evində yanğın: 9 ölü Dünya

ABŞ-da qocalar evində yanğın: 9 ölü

ABŞ-ın Massaçusets ştatında yerləşən bir qocalar evində baş verən yanğın nəticəsində 9 nəfərin həyatını itirdiyi bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, Massaçusets Yanğınsöndürmə Xidmətinin verdiyi məlumata görə, ştatın Fall River bölgəsində yerləşən müəssisədə yanğın baş verib.

Açıqlamada qeyd olunub ki, təxminən 70 nəfərin yaşadığı bu mərkəzdə baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb, lakin təəssüf ki, 9 nəfər həyatını itirib.

Yanğından xilas edilən bəzi sakinlərin xəstəxanaya yerləşdirildiyi, 5 yanğınsöndürənin isə yüngül xəsarət aldığı bildirilib.

Məryəm Quliyeva