Umerov və Kelloq Ukraynada silah istehsalının lokallaşdırılması layihələrini müzakirə ediblər Dünya

Umerov və Kelloq Ukraynada silah istehsalının lokallaşdırılması layihələrini müzakirə ediblər

Ukraynanın müdafiə naziri Rüstəm Umerov və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada və Avropada silah istehsalının lokallaşdırılması ilə bağlı birgə layihələrin inkişafını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Umerov sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, Kiyevdə səfərdə olan Kelloq ilə məqsədyönlü və səmimi söhbət aparılıb.

Tərəflər həmçinin davamlı və ədalətli sülhə nail olmaq yollarını da müzakirə ediblər.