

14 İyul 13:04
Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın Zəngəzur dəhlizinə nəzarətin ABŞ tərəfindən həyata keçirilməsinə dair təklif qəbuledilməzdir.
APA xəbər verir ki, Baqdasaryanın sözlərinə görə, Ermənistan regionda kommunikasiya xətlərinin açılması məsələsini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə edir.
“Ermənistan heç vaxt öz suveren ərazisi üzərində nəzarətin üçüncü tərəfə verilməsini müzakirə etməyib və etmir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.