Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün elan edə bilər Dünya

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün elan edə bilər

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılaşma əldə etməyə yaxındır.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Biz Rusiya əleyhinə 18-ci sanksiyalar paketi ilə əlaqədar razılaşmaya yaxınıq. Ümid edirəm ki, bu, bu gün baş verəcək”, - Kallas bildirib.

Qeyd edək ki, bu gün 27 Avropa ölkəsinin nümayəndələri Brüsseldə görüş keçirəcək.