İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 İyul 2025 13:41
2 093
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən Moskvanı vurmağı təklif edib.
Bu barədə adı açıqlanmayan mənbələrdən “Financial Times”ə məlumat daxil olub.
Belə ki, Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb.
“Əlbəttə, əgər bizə silah versəniz vura bilərik”, - Zelenski Trampa cavabında deyib.
Məqalədə deyilir ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb.
Ağ Ev və Ukrayna Prezidentinin Ofisi məsələyə münasibət bildirməyib.