Filippində 5,8 bal gücündə zəlzələ baş verib Dünya

Filippində 5,8 bal gücündə zəlzələ baş verib

Filippinin şimalındakı İlokos Norte əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu yerli vaxtla saat 10:30 radələrində baş verən zəlzələnin episentrinin Ilocos Norte əyalətinin Pasuquin şəhərinin təxminən 29 kilometr şimal-qərbində olduğunu açıqlayıb.
27 kilometr dərinlikdə baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.
Yeraltı təkanlar qonşu Caqayan, İlokos Sur, İzabela və Abra əyalətlərində də hiss olunub.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Filippin Sakit Okean Seysmik qurşağında yerləşir və “Alov halqası” kimi də tanınır.

Məryəm Quliyeva