İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub Dünya

İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuş aparatı ilə vurulub.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”, - İsrail ordusunun bəyanatında qeyd edilib.

Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildirib.