

Kanadanın Vancouver şəhərindəki beynəlxalq hava limanında xüsusi bir təyyarənin qaçırılması hava məkanının müvəqqəti olaraq bağlanmasına səbəb olub.
Xalqcebhesi.az xəbər verir ki, CBC News-ın məlumatına görə, polis rəsmiləri qaçırılan kiçik bir sərnişin təyyarəsinin Vancouver Beynəlxalq Hava Limanına endiyini və təyyarədə olan bir şəxsin həbs edildiyini bildiriblər.
CBC-yə danışan şahidlərdən Paul Heeney təyyarənin havada dairəvi hərəkət etdiyini qeyd edib.
Havalimanından verilən yazılı açıqlamada, bu hadisə səbəbindən təyyarələrin eniş və qalxışlarının 39 dəqiqəlik bir müddət ərzində dayandırıldığı bildirilir.
Məryəm Quliyeva