
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Müdafiə Nazirliyi, Donetsk Xalq Respublikasında (DNR) yerləşən Dobropolye yaşayış məntəqəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə (USQ) aid olan dəmir yolu nəqliyyatının məhv edildiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, zərbənin görüntüləri "Rubikon" İCBT kanalında dərc edilib.
Məlumata görə, zərbələr, Rusiya Müdafiə Nazirliyinin "Rubikon" Perspektivli PUA Texnologiyaları Sınaq Mərkəzi tərəfindən idarə olunan FPV (First Person View) dronları ilə həyata keçirilib. Hədəf olaraq, Belozersk kəndi ərazisində yerləşən istilik lokomotivləri seçilib. Bildirilir ki, bu dəmir yolu avadanlığı Ukrayna tərəfindən hərbi yüklərin daşınması üçün istifadə olunurdu.
Rusiya Müdafiə Nazirliyi vurğulayır ki, zərbələrin effektivliyi, o cümlədən Ukrayna tərəfindən çəkilən videomateriallarla təsdiqlənib.
17 iyul tarixində "Mərkəz" hərbi qruplaşmasının xüsusi zirehli qatarı "Yenisey", Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasındakı Ukrayna diversiya-kəşfiyyat qrupunu məhv edib.
Məryəm Quliyeva