İstanbul bələdiyyəsinə qarşı istintaqla əlaqədar daha 18 nəfərlə bağlı həbs qərarı verilib Dünya

İstanbul bələdiyyəsinə qarşı istintaqla əlaqədar daha 18 nəfərlə bağlı həbs qərarı verilib

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı istintaq çərçivəsində daha 18 nəfərlə bağlı həbs qərarı çıxarılıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində daha 18 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, cinayət təşkilatına rəhbərlik, cinayət təşkilatına üzv olmaq, rüşvət alma, dələduzluq və s. ittihamlarla prokurorluq tərəfindən istintaq davam etdirilir. Əldə edilən sübutlar nəticəsində prokurorluq tərəfindən 18 şübhəli barəsində rüşvət vermə, rüşvət alma və tenderlərin saxtalaşdırılması ittihamları ilə həbs qətimkan tədbiri seçilib.