

“Qlobal müharibə partiyası” Bayden administrasiyasının əli ilə gürcü xalqını inandırmaq istəyirdi ki, hazırkı hökumət Qərb kursundan uzaqlaşıb. Bundan sonra isə eyni xalqın əli ilə ölkədə agentura xarakterli bir hakimiyyət formalaşdırılmalı idi ki, bu hökumət sözün əsl mənasında, ikinci gün ölkəni müharibəyə qoşacaqdı.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Hökumət başçısının sözlərinə görə, artıq heç kimə sirr deyil ki, qlobal müharibə partiyası Avropa bürokratiyasını tam koordinasiya ilə yönəldir və Gürcüstan əleyhinə artan şantaj siyasətini onlara etdirir.
“Təəssüf ki, açıq şəkildə demək lazımdır ki, bu gün Gürcüstan hökumətinə qarşı eyni, hətta daha güclü təzyiqlər Avropa bürokratiyası tərəfindən davam etdirilir. Artıq heç kimə sirr deyil ki, qlobal müharibə partiyası Avropa bürokratiyasını tam koordinasiya ilə yönləndirir və Gürcüstan əleyhinə artan şantaj siyasətini ona etdirdir. Məqsəd eynidir – cəmiyyəti hökumətə qarşı çıxarmaq, xalqın əli ilə siyasi komandamızı hakimiyyətdən uzaqlaşdırmaq, çünki bu komanda qlobal müharibə partiyasının Rusiyaya qarşı ikinci cəbhəni açmaq üçün işinə yaramır. Onların yerinə isə xaricdən idarə olunan agentura qüvvələri ölkənin başına gətirilməlidir. Bizdən fərqli olaraq, radikal müxalifət xaricdən verilən istənilən tapşırığı, o cümlədən əsas olan – ölkəni müharibəyə cəlb etmə tapşırığını yerinə yetirməyə hazırdır.
Məhz hökumətin dəyişdirilməsi və müxalifətin dəstəklənməsi qlobal müharibə partiyası tərəfindən idarə olunan Avropa bürokratiyasının Gürcüstana qarşı atdığı bütün təxribatçı addımların məqsədidir”, - deyə Kobaxidze qeyd edib.
Cavid