

İndoneziya polisi, bəzi uşaqların daha ana bətnində ikən "bron edildiyi" beynəlxalq insan qaçaqçılığı şəbəkəsini ortaya çıxarıb. 2023-cü ildən bəri ən az 25 uşağın Sinqapura satıldığı aşkar edilib. Hər bir uşaq təxminən 600 dollara satılıb.
Xalqcebhesi.az xəbər verir ki, polis rəsmiləri, ölkənin Pontianak və Tangerang şəhərlərində 13 nəfərin saxlandığını və çoxu bir yaşına yaxın olan altı uşağın qaçırılmadan əvvəl xilas edildiyini açıqlayıb.
Qərbi Yava Polis Departamentindən Suravan, uşaqların əvvəlcə Pontianakda saxlanıldığını, sonra sənədlərinin hazırlanıb Sinqapura göndərildiyini bildirib. Sinqapur polisi və Daxili İşlər Nazirliyinə müraciət edilib, amma hələ cavab alınmayıb.
Facebook-dan başlayan, WhatsApp-dan davam edən razılaşmalar
Polisə görə, şəbəkə, uşaqlarını istəməyən və ya yetişdirmək imkanları olmayan valideynləri hədəf alıb. İlk əlaqə Facebook kimi platformalardan qurulub, daha sonra gizli ünsiyyət tətbiqlərinə keçilib.
Bəzi uşaqların daha doğulmadan əvvəl "rezervasiya edildiyi", doğum xərclərinin qarşılandığı və valideynlərə ödəniş edildiyi, daha sonra uşaqların alındığı bildirilir.
Şəbəkə üzvləri arasında, uşaqları tapan vasitəçilər, onları saxlayan baxıcılar və saxta şəxsiyyət vəsiqəsi, pasport və digər sənədlər hazırlayan şəxslər də yer alır.
Uşaqlar, analarından alındıqdan sonra 2-3 ay müddətində baxıcıların yanında saxlanılıb, daha sonra saxta sənədlərlə Pontianaka göndəriliblər.
Məryəm Quliyeva