KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir Dünya

KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir

ABŞ Suriyanın cənubunda yerləşən Əs-Süveyda vilayətindəki böhranı sabitləşdirmək və bölgəyə müvəqqəti hökumətin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə şərait yaratmaq üçün İsrailə təzyiq göstərir.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Vaşinqton Suriyada keçid dövrünün prezidenti Əhməd əş-Şəranı dəstəkləyir və İsrailin bölgədəki müdaxilələrini dayandırması üçün səylər göstərir.

Qeyd edilib ki, bu təzyiqlər razılaşmaların əldə olunmasına və mövcud böhranın sona çatmasına yönəlib.