

İranın Şiraz şəhərində avtobus aşıb. Qəza nəticəsində 21 nəfər ölüb, 34 nəfər yaralanıb.
İranda dəhşətli qəza baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Fars əyalətinin mərkəzi Şirazın cənubunda avtobusun aşması nəticəsində 21 nəfərin öldüyü, 34 nəfərin yaralandığı bildirilib.
Rəsmi şəxslər, qəzanın yerli vaxtla saat 11:00-da Firuzabad-Kavar avtomobil yolunda baş verdiyini və işçi heyətinin hələ də hadisə yerində olduğunu açıqlayıb.
Qəza ilə bağlı araşdırma başladığı qeyd edilib.
Məryəm Quliyeva