

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İsraillə 12 günlük müharibə zamanı İrana qarşı 20 mindən çox kiberhücum həyata keçirilib.
Bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi açıqlama verib.
Nazirin sözlərinə görə, kiberhücumlar əsasən səhiyyə sistemini, yanacaq paylama mərkəzlərini və ödəniş platformalarını hədəf alıb.
“Bu, indiyə qədər üzləşdiyimiz ən mürəkkəb kiberhücumlardan biri idi. Hücumların ilk saatlarından etibarən təhdidlərə cavab vermək üçün xüsusi qrup yaradıldı”, – nazir bildirib.
Səttar Haşemi əlavə edib ki, təxminən 10 milyon nəfər İranın rəqəmsal iqtisadiyyatından asılıdır və müharibə dövründə bu sektorda fəaliyyət qabiliyyəti 30 faiz azalıb.
Qeyd edək ki, İran və İsrail arasında 12 gün davam edən müharibə iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatıb.