Qəzzada ölənlərin sayı 59 106 nəfərə çatıb Dünya

Qəzzada ölənlərin sayı 59 106 nəfərə çatıb

İsrailin Qəzza zolağına hücumları aralıqsız davam etdikcə, mülki əhalinin sağ qalmaq üçün mübarizəsi çətinləşir. Qəzza zolağında ölənlərin sayı hər gün artır.

Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 77 nəfərin cəsədi və 376 yaralının xəstəxanalara gətirildiyini bildirib. Cəsədlərdən 5-i İsrailin əvvəlki hücumları zamanı dağıntılar altında qalan mülki şəxslərə məxsusdur.

Nazirlik həmçinin İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 8268 fələstinlinin öldüyünü və 30470 nəfərin yaralandığını açıqlayıb.

7 oktyabr 2023-cü il tarixindən bu yana İsrailin hücumlarında ölənlərin sayının 59,1112 nəfərə yüksəldiyi bildirilib.

Səhiyyə Nazirliyi eləcə də İsrailin yardım məntəqələrinə hücumlarını davam etdirdiyini, 24 saat ərzində xəstəxanalara 5 cəsədin gətirildiyini və 52-dən çox insanın yaralandığını qeyd edib. Açıqlamada, "Yardımların paylandığı bölgələrdən xəstəxanalara gətirilən cəsədlərin sayı 1026-ya, yaralıların sayı isə 6563-ə yüksəlib" deyə əlavə edilib.