

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“İsrail səfiri kimi diplomatik missiyamın bitməsi münasibətilə bu gün vida görüşü üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək şərəfinə nail oldum.
Bu barədə İsrail Corc Dik özünün “X” hesabında bildirib.
Səfir son 6 ildə edilən əməkdaşlıq, etimad və dostluq üçün nazirə və XİN-ə minnətdarlıq edib.
Diplomat qeyd edib ki, səfir kimi fəaliyyət göstərdiyi dövrdə ən mühüm məqam 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması olub.
“Bu bizim tərəfdaşlığımızın dərinləşdiyini göstərən tarixi bir addım idi. Buradan gedərkən özümlə sadəcə xatirələr yox, həm də ümid aparıram. Ümidim odur ki, əlaqələrimiz genişlənməyə davam edəcək və sülh Yaxın Şərqdə, Cənubi Qafqazda və digər başqa yerlərdə hökm sürəcək”, - səfir vurğulayıb.