İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
23 İyul 2025 15:11
2 303
Almaniya Ukraynaya “Patriot” sistemlərinin göndərilməsi üçün şərtini açıqlayıb.
APA xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Şpigel”ə bildirib ki, Almaniya Ukraynaya “Patriot”ların göndərilməsinə razıdır, bir şərtlə ki, veriləcək sistemlərin yerinə ABŞ Almaniyaya yenilərini tədarük etsin.
Nazirin sözlərinə görə, ABŞ NATO üzvlərinə təminat verməlidir ki, Ukraynaya göndərilən “Patriot” Hava Hücumundan Müdafiə Sistemləri 6-8 ay müddətində yeniləri ilə əvəzlənəcək.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte arasında əldə olunan razılaşmaya əsasən, alyansa üzv olan ölkələr öz hesablarına ABŞ silahlarını satın alaraq Ukraynaya tədarük edəcəklər.