

23 İyul 23:20
23 İyul 23:08
23 İyul 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İran nüvə öhdəliklərinin icrasını müzakirə etmək üçün yaxın iki-üç həftə ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki nümayəndə heyətini qəbul etməyə razılaşıb.
Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.
Diplomat bildirib ki, "Agentliklə yeni müzakirələr, dəyişən şəraitdə işin necə aparılacağını müəyyənləşdirmək üçün lazımdır".
O qeyd edib ki, ekspertlərin səfəri prosedur məsələlərinin razılaşdırılmasına imkan verəcək.
İyulun 22-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, İran MAQATE ilə əməkdaşlığı davam etdirir və gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıda biləcəyini istisna etmir.
Həmin gün Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov MAQATE-nin direktoru Rafael Qrossi ilə İran və Ukrayna ilə bağlı məsələləri müzakirə edib.
Məryəm Quliyeva