İtaliyanın Siciliya bölgəsində meşə yanğınları davam edir Dünya

İtaliyanın Siciliya bölgəsində meşə yanğınları davam edir

Ötən gün Palermo yaxınlığında baş verən yanğından sonra bu axşam İtaliyanın Siciliya bölgəsindəki Partiniko və San Giuseppe Jato qəsəbələri arasında meşə yanğını baş verib.
Xalqcebhesi.az xəbər verir ki, ölkənin cənubundakı Siciliyada Palermo yaxınlığındakı Pioppoda dünən axşam saatlarında başlayan və külək səbəbindən güclənən meşə yanğınının bu gün də davam etdiyi bildirilir.

Yanğınsöndürənlərin gecə saatlarından etibarən söndürməyə çalışdığı yanğın zaman-zaman ətraf yaşayış məntəqələri üçün təhlükəyə çevrilib.
Bəzi əkin sahələrinə də ziyan dəyib.

İtaliyanın cənubundakı Çiro Marino kurort şəhəri yaxınlığında meşə yanğını baş verib və 180 nəfər kurortdan təxliyə edilib.

Külək nəticəsində yanğın sürətlə genişləndiyi üçün kurortdan 180 nəfər təxliyə edilib. Çox sayda yanğınsöndürən yanğına müdaxilə edərkən, ətrafdakı magistralların bəzi hissələri nəqliyyat üçün bağlanıb, bəzi qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Məryəm Quliyeva