
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Google, Afrika üzrə süni intellekt araşdırmaları, təlimləri və innovativ layihələrə dəstək vermək məqsədilə 37 milyon dollar yatırım edəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Google-dan verilən məlumata görə, 37 milyon dollar investisiyanın bir hissəsi olaraq, Qananın paytaxtı Akrada bir süni intellekt icma mərkəzi yaradılacaq, yerli sahibkarlara, tədqiqatçılara və dil inkişafı layihələrinə maliyyə dəstəyi göstəriləcək.
Yatırım çərçivəsində, qida təhlükəsizliyinə yönəlik süni intellekt əməkdaşlıq layihələri üçün 25 milyon dollar ayrılacaq. Həmçinin, 40-dan çox Afrika dilində açıq mənbəli süni intellekt alətləri inkişaf etdirmək məqsədilə Masakhane Araşdırma Fonduna 3 milyon dollar dəstək veriləcək.
İnnovasiyanı dəstəkləmək məqsədilə səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox süni intellekt mərkəzli təşəbbüsə qrantlar, texniki yardım və məsləhət xidmətləri veriləcək və bu çərçivədə "katalitik maliyyələşdirmə təşəbbüsü" yaradılacaq.
Qanada 100 min şəxsə, tam təqaüdlü Google karyera sertifikat proqramı çərçivəsində, süni intellektin əsasları və kibertəhlükəsizlik kimi müxtəlif texnologiya sahələrində təlim veriləcək.
Həmçinin, Nigeriya, Keniyada, Cənubi Afrikada və Qanada süni intellekt tədris proqramı inkişaf etdirmək, bacarıq təlimləri və onlayn təhlükəsizlik proqramları üçün 7 milyon dollar əlavə xərclənəcək.
Google, bu layihə ilə Afrikalı tədqiqatçılar və vətəndaş cəmiyyəti təşkilatlarının, aclıq proqnozları və qida sistemlərinin dayanıqlılığının artırılması kimi sahələrdə süni intellekt alətlərindən istifadə etmələrinə kömək etməyi hədəfləyir.
Məryəm Quliyeva