Konqoda kilsəyə hücum: 21 nəfər ölüb Dünya

Konqoda kilsəyə hücum: 21 nəfər ölüb

Müttəfiq Demokratik Qüvvələrin üsyançı qruplaşmasının Konqo Demokratik Respublikasında kilsəyə hücumu nəticəsində azı 21 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, Konqo Demokratik Respublikasının İturi əyalətindəki Komandada Müttəfiq Demokratik Qüvvələrin üsyançı qruplaşması kilsəyə hücum edib.
Yerli vaxtla səhər saat 1:00 radələrində başlayan hücumda ən azı 21 nəfər həlak olub.
Hücum zamanı çoxlu sayda ev və mağaza yandırılıb.
Səlahiyyətlilər bildiriblər ki, qurbanların əksəriyyəti həm kilsənin içərisində, həm də çöldə güllələnib.

Məryəm Quliyeva