

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Türkiyənin Bursa, Karabük və Kahramanmaraşda baş verən meşə yanğınlarına qurudan və havadan müdaxilə davam edir.
APA NTV telekanalına istinadən xəbər verir ki, Bursada baş verən meşə yanğınlarında küləyin təsiri nəticəsində alovlar yenidən şiddətlənib. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı 4 vilayətdə 5 yanğının nəzarət altına alındığını açıqlayıb.
Orhanelidəki yanğın zamanı ürək tutması keçirən yanğınsöndürən vəfat edib. Ədliyyə naziri Yılmaz Tunç isə meşə yanğınları ilə bağlı 21 nəfərin həbs olunduğunu bildirib. NTV-də canlı yayımına telefonla bağlanan Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey bildirib:
"Çox böyük bir fəlakət yaşadıq. Son illərin və son dövrlərin ən böyük fəlakətlərindən birini yaşayırıq. Ciyərlərimiz yanır. Yanan təkcə meşələrimiz deyil, eyni zamanda içimiz də yanır. Hadisəni anbaan izləyirik. Gürsu Dışkaya bölgəsində alovların bəzi yerlərdə yenidən yüksəldiyini görürük. Demək olar ki, söndürülmək üzrə olduğu anda yenidən başladı."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı Yaşıl vətəni qorumaq üçün 27 təyyarə, 105 helikopter, təxminən 6000 yerüstü texnika, 25 min meşə qəhrəmanı işçi və 132 min könüllü ilə birlikdə gecə-gündüz hazır vəziyyətdə olduqlarını bəyan edib.
Prezident bu barədə X sosial platformasında paylaşım edib.