İsrailin Qəzzaya hücumlarında 13 fələstinli həlak olub Dünya

İsrailin Qəzzaya hücumlarında 13 fələstinli həlak olub

Qəzzanın blokadasını gücləndirərək və yardım axınını məhdudlaşdıraraq humanitar fəlakətə yol açan İsrail, məcburi köçkün fələstinlilərin çadırları, yardım istəyən mülki insanları və yaşayış məntəqələrini hədəfə alıb.

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunis şəhərinin qərbində əl-Məvasi bölgəsində "Zareb" ailəsinə məxsus evi bombalaması nəticəsində 5 fələstinli həlak olub.

İsrail ordusunun Xan Yunisin qərbində “Nevfel” ailəsinə məxsus üç mərtəbəli evi hədəf alması nəticəsində isə 5 fələstinli ölüb, 30-dan çoxu yaralanıb.

Həmçinin İsrail ordusunun Qəzzanın mərkəzində Əl-Məğazi Qaçqınlar Düşərgəsindəki evi bombalaması nəticəsində 3 fələstinli ölüb, çox sayda yaralı var.