

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Tailandın paytaxtı Banqkokda bazarda baş verən atışma nəticəsində ən azı 6 nəfər ölüb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə yerli vaxtla bazar ertəsi səhər kənd təsərrüfatı məhsulları və yerli ərzaqların satıldığı Or To Ko bazarında baş verib.
Böyükşəhər Polis Bürosunun rəis müavini Charin Gopatta hücumçunun daha sonra intihar etdiyini açıqlayıb. Erawan Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın var.
Faktla bağlı araşdırma aparılır, lakin hücumun motivi və hücum edənin kimliyi hələlik açıqlanmayıb. Xəsarət alanlar barədə məlumat verilmir. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.
Məryəm Quliyeva