İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
30 İyul 2025 10:38
2 114
ABŞ Çinlə əlaqələri pozmamaqdan ötrü Tayvanın müdafiə nazirinin Vaşinqtonda hərbi rəsmilərlə görüşünü ləğv edib.
Bu barədə “Financial Times”-a anonim mənbələr məlumat verib.
Bildirilib ki, iyun ayında Tayvanın müdafiə naziri Vellinqton Kunun ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi ilə görüşmək üçün Vaşinqtona səfəri planlaşdırılıb.
Lakin, rəsmilər arasında görüş ABŞ tərəfindən son anda ləğv edilib.
Ağ Ev, Pentaqon və ya Tayvan rəhbərliyi məsələyə münasibət bildirməyib.