İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 İyul 2025 10:48
2 093
ABŞ-la danışıqlardan əvvəl Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində deyib.
“Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir? Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”- İran XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib.
İran tərəfi zərbələrin ciddi ziyana yol açdığını etiraf edib.