Livan prezidenti siyasi partiyaları silahları təhvil verməyə çağırıb Dünya

Livan prezidenti siyasi partiyaları silahları təhvil verməyə çağırıb

Livan prezidenti Cozef Aun ölkədəki siyasi partiyaları öz silahlarını mümkün olduğu qədər tez təhvil verməyə çağırıb.

APA “Al-Arabiyya” qəzetinə istinadən xəbər verir ki, Livan prezidenti ölkənin ordu və təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün növbəti 10 il ərzində illik olaraq 1 milyard dolların ayırılacağını bildirib.

Qeyd edək ki, son vaxtlar Livanda Hizbullahın tərk-silah olunması ilə bağlı müzakirələr gedir.

Sözügedən təşkilat isə bunun İsrailin xeyrinə olduğunu iddia edərək tərk-silah olunmaqdan imtina edir.