2017-ci ildə ABŞ-da müşahidə edilən ildırım dünya rekordu qırıb Dünya

2017-ci ildə ABŞ-da müşahidə edilən ildırım dünya rekordu qırıb

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2017-ci ilin oktyabrında ABŞ-da müşahidə edilən 829 kilometrlik ildırımın rekordlar üzrə ən uzun ildırım olduğunu açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı açıqlamasında 2017-ci ilin oktyabrında ABŞ-da baş verən və həmin ilin təhlilinə daxil edilməyən böyük bir fırtına zamanı meydana gələn ildırımın sonradan fərq edildiyini və məlumatların araşdırıldığını bildirib.
Açıqlamada əldə edilən məlumatlara əsasən ildırımın uzunluğunun 829 kilometr olduğu bildirilib.
Texasın şərqindən Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzandığı qeyd edilən ildırımın dünya rekordu qırdığı vurğulanıb.
Bu uzunluğun Fransanın paytaxtı Paris ilə İtaliyanın Venesiya şəhəri arasındakı məsafəyə uyğun gəldiyi və sözügedən ildırımın fərqinə varmadan əvvəl rekordun 2020-ci ilin aprel ayında ABŞ-da görülən 768 kilometr uzunluğundakı şimşək olduğu bildirilib.

Məryəm Quliyeva