

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiyanın Ukraynanın Kramatorsk şəhərində (Donetsk vilayəti) yaşayış binasına zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
“Report” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
"Kramatorskda ən azı bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Rusların beşmərtəbəli binaya zərbə endirməsi nəticəsində binanın yarısı tamamilə dağılıb. Yaralılardan birinin vəziyyəti ağırdır", - V.Filaşkin qeyd edib.
Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Xilasetmə işləri davam edir.